Lamiyə Vəliyeva: "Bakıdakı beynəlxalq turnirin qalibi olmaq mənim üçün əhəmiyyətli idi"
Bakı Beynəlxalq qış turnirinin qalibi olmaq Azərbaycan atleti Lamiyə Vəliyeva üçün xüsusi əhəmiyyət daşıyıb.
23 yaşlı idmançı bu barədə "Report"a açıqlama verib.
O, yarışla bağlı təəssüratlarının olduqca müsbət olduğunu bildirib:
"Öz şəxsi nəticəmi göstərmək və hazırlığın bəhrəsini görmək mənim üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu uğurda böyük əməyi olan şəxsi məşqçim Olesya Abbasovaya təşəkkürümü bildirirəm".
L.Vəliyeva həyat yoldaşı Tembo Conun da yarışın qalibi olduğunu xatırladıb:
"Turnirdə yalnız mən deyil, həyat yoldaşım Tembo Con da 60 metr məsafədə qalib oldu. Bu baxımdan uğuru birlikdə qazandığımız nəticə kimi dəyərləndiririk. Onun da rəsmi şəkildə komandamıza qoşulacağını gözləyirik".
Atlet qarşıdakı hədəflərindən də söz açıb:
"Qarşıda məni çox yaxın zamanda baş tutacaq Balkan çempionatı gözləyir. Lakin mən daha uzağa hədəflənmişəm. Hazırda hələlik adını açıqlamaq istəmədiyim, lakin böyük əhəmiyyət kəsb edən bir yarışa ciddi hazırlıq görürəm".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan atleti VI İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüyə yüksəlib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycana mobil telefonların idxalı qaydaları dəyişdirilib: vətəndaşları nə gözləyir?
-
Dövlət qurumlarına göndərilən beş milyondan artıq zərərli elektron məktub bloklanıb
-
Polşada güclü şaxtalar fonunda 90-dan çox insan həlak olub
-
Mehriban Əliyeva Gənclər Günü ilə bağlı paylaşım edib
-
ADDA ilə GN Group Corporation arasında əməkdaşlıq memorandumu imzalanıb
-
Venesuela mayeləşdirilmiş neft qazının ilk partiyasını ixrac edib













