Nostradamusun 2027-ci il proqnozları üzə çıxdı - Müharibə, qızılın bahalaşması...
Far.Az xəbər saytı

Nostradamusun 2027-ci il proqnozları üzə çıxdı - Müharibə, qızılın bahalaşması...


Nostradamusun şeirlərini təfsirçilər onun əsərlərində 2027-ci ilə aid olduğu iddia edilən proqnozlar aşkarlayıblar.

Far.Az xarici mətbuata istinadən xəbər verir ki, ayrı-ayrı yozumlara görə, bu mətnlərdə Yaxın Şərqdə dəyişikliklər, "Farsdan gələn güc", Qara dəniz yaxınlığında silahlı toqquşmalar və genişmiqyaslı meşə yanğınlarından bəhs edildiyi iddia olunur.

Bəzi təfsirçilər şeirlərdə Qərbdən və Cənubdan Şərqə doğru hərəkət edən "səmavi od" ifadəsini də görürlər. Onların fikrincə, bu, böyük yanğınlar və ya digər təhlükəli hadisələrlə əlaqəli ola bilər.

Bununla yanaşı, Nostradamusun mətnlərində iqtisadi çətinliklərə dair işarələrin olduğu da irəli sürülür. Belə ki, qızıl və gümüşün qiymətinin artması, qiymətli kağızların dəyərdən düşməsi və borc yükünün ağırlaşması mümkün hadisələr sırasında göstərilir.

Proqnozların digər hissəsi isə Fransanın siyasi gələcəyi ilə bağlıdır. İddialara əsasən, ölkədə prezident postu uğrunda mübarizə ciddi siyasi sarsıntılara səbəb ola bilər.

Lakin tarix elmləri namizədi Aleksey Penzenski bu cür yozumların əsaslılığına şübhə ilə yanaşıb. O, açıqlamasında bildirib ki, məşhur mətnləri konkret illərlə əlaqələndirmək daha çox diqqət cəlb etmək məqsədi daşıyan yanaşmadır və bunu etibarlı proqnoz hesab etmək olmaz.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər