Azərbaycanda bank qruplarının risklərini əhatə edən yeni nəzarət çərçivəsi hazırlanır
Azərbaycanda konsolidasiya edilmiş nəzarətin həyata keçirilməsi çərçivəsində təkcə ayrı-ayrı bankların deyil, həm də bank qruplarının - yəni bankların və onların törəmə müəssisələrinin üzləşdiyi riskləri nəzərə alan requlyativ çərçivənin hazırlanması nəzərdə tutulur.
Bunu "Far.Az"a müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev bildirib.
Onun sözlərinə görə, Bazel III standartlarının tətbiqi ilə yanaşı, 2026-cı il üçün banklarda daxili kapitalın adekvatlığının və likvidliyinin qiymətləndirilməsi prosesləri üzrə metodologiyaların (ICAAP/ILAAP) hazırlanması planlaşdırılır. Bu metodologiyaların əsas məqsədi bankların üzləşdiyi bütün əhəmiyyətli riskləri, eləcə də risklərin idarə edilməsi strategiyasını və biznes modelini nəzərə almaqla, tələb olunan daxili kapital və likvidlik həcmini müstəqil şəkildə müəyyən etməsinə imkan yaratmaqdır.
AMB-nin baş direktoru əlavə edib ki, konsolidasiya edilmiş nəzarət çərçivəsində bank qrupları səviyyəsində risklərin qiymətləndirilməsi üçün ayrıca tənzimləyici yanaşma formalaşdırılacaq.
F.İsayevin sözlərinə görə, 2026-cı ildə bundan başqa bir sıra istiqamətlər üzrə də islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bunlara stres-testləşdirmə, konsolidasiya əsaslı tənzimləmə və nəzarət, bazar davranışları üzrə tənzimləmə, korporativ idarəetmə tələblərinin beynəlxalq qabaqcıl təcrübəyə uyğun təkmilləşdirilməsi daxildir. Eyni zamanda, ESİ (ekoloji, sosial və idarəetmə) amillərinin və risklərinin bankların strategiya, risk menecmenti və idarəetmə proseslərinə inteqrasiyası davam etdiriləcək.
Bununla yanaşı, AMB tərəfindən ötən ilin fevralında təsdiqlənmiş "Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi" əsasında "SupTech" həllərinin yaradılması da əsas təşəbbüslər sırasında yer alır.
Baş direktor qeyd edib ki, bütün bu təşəbbüslər bank sektoru üzrə risk-əsaslı nəzarət çərçivəsi ilə inteqrasiya olunacaq və onun tamlığını təmin edəcək. Onun sözlərinə görə, son dövrlərdə Mərkəzi Bank risk-əsaslı bank nəzarətinə keçid üçün institusional və tənzimləyici bazanın formalaşdırılması istiqamətində ardıcıl iş aparıb.
Belə ki, 2024-cü ilin sonunda "Azərbaycan Respublikası Mərkəzi Bankının risk-əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası" hazırlanıb, ötən il AMB-nin Nəzarət Komitəsi formalaşdırılıb, ARAS (Azerbaijan Risk Assessment System - Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi) sisteminə əsaslanan Nəzarət Təlimatı hazırlanaraq təsdiq edilib.
"Qarşıdakı dövrdə ARAS reytinqindən asılı olaraq banklara münasibətdə əlavə kapital buferlərinin və nəzarət tədbirlərinin tətbiqi, habelə Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) ödənilən təqvim haqları üzrə diferensial yanaşmanın tətbiqi və bir sıra digər dəyişikliklər nəzərdə tutulur", - o bildirib.
F.İsayev vurğulayıb ki, qeyd olunan təşəbbüslər, eləcə də digər islahatlar ölkədə bank sektorunun dayanıqlı inkişafını dəstəkləməklə yanaşı, beynəlxalq reytinq agentlikləri və maliyyə institutları tərəfindən aparılan qiymətləndirmələrə də müsbət töhfə verəcək.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABA: Bazel III bəzi sahələr üzrə kreditləşmədə risk iştahasını müvəqqəti olaraq azalda bilər - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













