Premyer Liqa klubu heyətini yeni hücumçu ilə gücləndirib
Far.Az xəbər saytı

Premyer Liqa klubu heyətini yeni hücumçu ilə gücləndirib


İngiltərə Premyer Liqası təmsilçisi "Vulverhempton" heyətini yeni hücumçu ilə gücləndirib.

"Far.Az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Çempionşipdə çıxış edən"Sauthempton"un forvardı Adam Armstronqu sıralarına cəlb edib.

28 yaşlı ingilis futbolçu ilə üç il yarımlıq müqavilə imzalanıb. Bu keçid Premyer Liqa kollektivinə 7 milyon funt sterlinqə başa gəlib.

Armstronq cari mövsüm Çempionşipdə ən məhsuldar futbolçular sırasında yer alır. O, turnirdə 29 oyunda 11 qol (1-i penaltidən olmaqla) vuraraq daha iki futbolçu ilə birlikdə bombardirlər siyahısında üçüncü pillədə yer alıb.

Qeyd edək ki, "Vulverhempton" 24 turdan sonra 8 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər