Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı"
Far.Az xəbər saytı

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı"


44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar.

Far.Az xəbər verir ki, Suqovuşan və Talış kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edən Cavad Quliyev Baku TV-yə müsahibəsində həmin günlərdə qardaşı ilə eyni istiqamətdə xidmət etdiklərini, lakin mövqelərinin bir-birindən aralı yerləşdiyini bildirib.

"Qardaşımla ikimiz də top komandiri idik. Mövqelərimiz arasında təxminən 10-15 kilometr məsafə var idi. Bir gün xidmət etdiyim ərazi topla vuruldu. Bundan sonra qardaşımla əlaqə saxlaya bilmədim. Həmin ərəfələrdə müəyyən təminat vasitələrini aparıb-gətirirdik. Qardaşımın olduğu mövqenin yaxınlığından keçərkən onunla görüşmək qərarına gəldik. Bir-birimizi görən kimi bərk-bərk qucaqlaşdıq. O anı ölənə qədər unutmaq olmaz", - deyə o əlavə edib.

Şəhriyar Quliyev isə həmin gün yaşadığı narahatlığı və qardaşını sağ-salamat gördüyü anın sevincini belə xatırlayır:

"Qardaşımın sağ olub-olmadığı barədə heç bir məlumatım yox idi. Onların olduğu ərazinin atəşə tutulduğunu bildirmişdilər. Çox narahat idim, birdən qarşıma çıxdı: gördüm ki, qardaşım maşından düşür. Həmin an keçirdiyim hissləri, yaşadığım sevinci sözlə ifadə etmək mümkün deyil. Bir-birimizə sarılarkən göz yaşlarımızı saxlaya bilmirdik".

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Bakıda Zəfər muzeyinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər