Əlilliyi olan gənclər üçün "GəncTALKS"a start verilib
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər Fondu, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan gənclər üçün motivasiya platforması - "GəncTALKS"a start verilib.
"Far.Az" xəbər verir ki, "TEDx" beynəlxalq formatında keçiriləcək tədbirdə müxtəlif sahələrdə uğur qazanmış əlilliyi olan şəxslər öz həyat və uğur hekayələrini bölüşərək gənclərə ilham, güvən və yeni baxış bucağı qazandıracaq.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, platformanın əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə tam bərabər inteqrasiyasına dəstək verməkdir".
DOST Agentliyinin İdarə Heyətinin sədrinin müavini Aygün Musayeva vurğulayıb ki, indiyədək DOST Agentliyində könüllü kimi fəaliyyət göstərən 300-ə yaxın gənc bu idarədə, digər özəl və dövlət qurumlarında işlə təmin olunub:
"DOST Agentliyi və Məşğulluq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində yeni sosial layihəyə başlayıb. Belə ki, məqsəd əlilliyi olan gənclərin potensialının, onların şəxsi bacarıqlarının inkişafı, məşğulluq imkanlarının genişləndirilməsidir. Artıq layihə çərçivəsində ali təhsil müəssisələrində təhsil alan və almaqda olan əlilliyi olan şəxslər məlumatlandırılıb".
Qeyd edək ki, tədbirin məqsədi əlilliyi olan gənclərin cəmiyyətə tam və bərabər inteqrasiyasını təşviq etmək, onların sosial bacarıqlarını gücləndirmək, özünəinam və motivasiyasını artırmaq, eləcə də potensiallarını üzə çıxarmaqdır.
Oxşar xəbərlər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













