AMB bütün əmanətlərin manatla yerləşdirilməsində maraqlı deyil
Azərbaycan Mərkəzi Bankı (AMB) bankların əmanət portfelində dedollarizasiya prosesinin sona qədər getməsində, başqa sözlə bütün əmanətlərin manatla yerləşdirilməsində maraqlı deyil.
"Far.Az" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"2025-ci ilin sonunda rezident fiziki şəxslərin xarici valyutada olan əmanətlərinin xüsusi çəkisi təxminən 28 % olub. Bu, 2024-cü ilin yekunu ilə müqayisədə 2,6 faiz azdır. Bizim hədəfimiz 20-25 %-dir və dedollarizasiya prosesinin davam etməsini istəyirik, amma bu sona qədər getməsini istəmirik. Çünki, iqtisadiyyatın xarici valyutada olan kreditlərə qədər tələbatı var. Bu gün bu tələbatın xüsusi çəkisi 14 %-dir", - deyə o qeyd edib.
T.Kazımovun sözlərinə görə, bu gün banklarda dollar likvidliyi ilə problem yoxdur: "Hüquqi şəxslərin vəsaitləri ilə birlikdə dollarlaşma səviyyəsi 41 %-dir. Yəni, əlavə 27 % dollar payı var ki, xarici qiymətli kağızlara investisiya olunub. Bizim də tələbimiz var ki, banklar xarici valyuta kreditlərini yalnız həmin valyutada gəliri olan fiziki və hüquqi şəxslərə versinlər və yaxud hecləşdirilmiş, sığortalı kreditlər versinlər. Əgər real sektorda xarici valyuta kreditlərinə tələbat artsa, düşünürəm ki, bankların da iştahları artacaq ki, daha çox valyuta dollarla depozit cəlb eləsinlər. Bu gün də belə bir situasiya ilə biz üzləşirik".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













