79 yaşlı Əməkdar artist: "Yaşı gizlətmək mənə gülməli gəlir"
Far.Az xəbər saytı

79 yaşlı Əməkdar artist: "Yaşı gizlətmək mənə gülməli gəlir"


"Həyatımdan heç bir günü çıxarmaq istəməzdim. İnsan hər bir uğura nail olmaq üçün əziyyət çəkir. Hamı mənə deyir ki, "Niyə yaşını gizlətmirsən?" Cavab verirəm ki, bu yaşa çatıb bu hörməti qazanana qədər o qədər əziyyət çəkmişəm ki… Bu, göydən hazır düşməyib. Buna görə də yaşı gizlətmək mənə gülməli gəlir".

BAKU.WS xəbər verir ki, bu sözləri "Günə uğurla" verilişinin qonağı olan Əməkdar artist Suğra Bağırzadə deyib.

79 yaşlı aktrisa bildirib ki, bu günə qədər 20-dən çox filmdə rol alıb. Lakin tamaşaçıların yaddaşında daha çox "Ulduz" filmi və "Cücələrim" mahnısını ifa etdiyi kadrlarla qalıb.

"Hamı bilir ki, 1959-cu ildə "Cücələrim" mahnısını oxumuşam. 15 yaşım olanda "Ulduz" filmində çəkilmişəm. Daha sonra 20-dən çox filmdə rol almışam. Amma insanların yaddaşında əsasən "Ulduz" filmi və "Cücələrim"lə qalmışam. Elə bil bunlar mənim vizit kartlarımdır".

Ətraflı videoda:

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Eldar Qasımov Bolqarıstanın "Eurovision-2026" milli seçim finalının ulduz qonağı oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər