Arif Əsədov: "Qəbələ" hər bir rəqibə sürpriz edə biləcək gücdədir"
"Qəbələ" hər bir rəqibə sürpriz edə biləcək gücdədir.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunlarını dəyərləndirərkən deyib.
Təcrübəli mütəxəssis komandaların əksəriyyətinin öz güclərini cavab matçına saxladığını bildirib:
"1/4 final mərhələsi iki oyundan ibarət olduğuna görə, biz gördük ki, bəzi komandalar ilk qarşılaşmada riskə getmək istəmədilər. Bununla da bəzi klublar cütün taleyini ikinci oyuna saxladılar. "Sumqayıt" - "Zirə" oyununda tərəflər hücum edirdi, qapılar qarşısında təhlükəli hücumlar yaradırdılar. Ancaq yenə də görürdük ki, ehtiyatı əldən vermək istəmirlər. "Sabah" - "Qəbələ" matçında birincilərin əsas heyət üzvlərinin bəzilərinə istirahət verilmişdi. Bununla belə, "Qəbələ"ni xüsusi qeyd etmək istəyirəm. Onlar ilk dövrədə çatışmayan cəhətlərini düzəldiblər və çox yaxşı oyun sərgiləyirlər. "Qəbələ" hər bir rəqibə sürpriz edə biləcək gücdədir. Lakin "Sabah" cavab matçında, səfər komandası olmağına baxmayaraq, bütün gücünü ortaya qoyacaq və sürprizə imkan verməməyə çalışacaq".
Arif Əsədov bildirib ki, ehtiyatlı yanaşma yalnız bu oyunlarla məhdudlaşmayıb və 1/4 finalın digər görüşlərində də özünü açıq şəkildə göstərib:
"Şamaxı" - "Qarabağ" matçında da qonaqların baş məşqçisi Qurban Qurbanov ehtiyatlı davrandı. Gözlənilən idi ki, o, əsas futbolçularını Çempionlar Liqasında "Nyukas"la oyun üçün qorusun və meydana buraxmasın. Meydanın süni örtüklü olması da bunu deməyə əsas verir. Qurbanov yəqin ki, əsas heyətin hansısa bir üzvünün zədələnməsini istəməyib. Bu da onu göstərir ki, "Qarabağ" da cütün taleyinin cavab matçında həll olunacağını düşünür. Təbii ki, "Şamaxı"nın qələbəsinə kölgə sala bilmərik. Çox istəkli idilər və layiqli qələbə qazandılar.
Digər oyunda "Turan Tovuz" "Kəpəz" üzərində qələbə qazandı. Ümumiyyətlə, Tovuz kollektivi ölkə kubokunu qazanmağa iddialıdır. Matçın favoriti "Turan Tovuz" idi. Lakin cavab görüşündə "Kəpəz"dən də maraqlı nəticə gözləməyə dəyər".
Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında "Sabah" "Qəbələ" ilə, "Sumqayıt" "Zirə" ilə qolsuz bərabərə qalıb. "Şamaxı" evdə "Qarabağ"ı 2:1, "Turan Tovuz" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib. 1/4 final mərhələsinin cavab matçları martın əvvəlində baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













