Vüqar Gülməmmədov: "Büdcənin bəzi maddələri təkmilləşdirilməlidir"
Hesablama Palatası "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirə etdikdən sonra büdcənin bəzi maddələri üzrə təkmilləşdirmə işlərinin aparılmalı olduğu qənaətinə gəlib.
"Far.Az" xəbər verir ki, bunu Palatanın sədri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
"Məlum olduğu kimi, dövlət büdcəsini əsas göstəriciləri "Büdcə sistemi haqqında" qanunun 16-cı maddəsi ilə müəyyən olunur. Hüquqi aktın tələbləri gözlənilməklə tərtib olunmuş qanun layihəsini maddələr üzrə təhlil etmişik, bəzi maddələr üzrə təkmilləşdirmələrin aparılmalı olduğu qənaətinə gəlmişik", - deyə o qeyd edib.
Bundan başqa, sədr deyib ki, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə uyğunluğun təmin olunması, gəlir və xərclərin düzgün uçotunun aparılması istiqamətlərində qeyd edilmiş əksər məsələlər təqdim olunmuş "Büdcə zərfi"ndə tam və yaxud qismən nəzərə alınıb: "Rəyin hazırlanması prosesində müvafiq dövlət orqanları ilə müzakirələr əsasında "Büdcə zərfi"ndə düzəlişlər edilib. Ümumiyyətlə, büdcə prosesinin iştirakçıları ilə aparılan konstruktiv müzakirələr hər növbəti il büdcə sənədləşməsinin keyfiyyətinin artırılmasına səbəb olur".
Oxşar xəbərlər
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Yurdumuza bahar gəlir!
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













