“Masdar” 2030-cu ilə qədər Azərbaycanda elektrik enerjisi bazarının liberallaşacağını gözləyir
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti yaxın 4 ildə Azərbaycanda elektrik enerjisi bazarının liberallaşdırılacağını gözləyir.
"Report" xəbər verir ki, bunu "Masdar Azərbaycan Enerji" MMC-nin meneceri Murad Sadıqov Bakıda keçirilən "yaşıl maliyyə" mövzusunda konfransda çıxışı zamanı deyib.
“Azərbaycan hökuməti üçün bu, çətin transformasiya olub, çünki milli qanunvericilik qalıq yanacaqdan əldə edilən elektrik enerjisini tənzimləməyə yönəldilib. Bununla belə, investorlar olaraq görürük ki, müəyyən irəliləyiş var. Yaxın 4 ildə Azərbaycanın elektrik enerjisi bazarı liberallaşdırılacaq və bu, “yaşıl enerji”nin inkişafı baxımından yaxşı təkan olacaq”, – o bildirib.
M.Sadıqov qeyd edib ki, Azərbaycanın Energetika Nazirliyi ilə birgə daxili tələbat, “yaşıl enerji”nin ixracı potensialı və digər məsələlərlə bağlı bazar araşdırması aparılıb.
Onun sözlərinə görə, şirkətin Azərbaycanda həyata keçirdiyi ilk “yaşıl enerji” layihəsi çətin olub: “Lakin biz indi nikbinik və Azərbaycan hökumətinin elektrik enerjisi bazarını daha da liberallaşdıracağını və enerji tariflərinin liberallaşdırılmış modelini tətbiq edəcəyini gözləyirik”.
Onun sözlərinə görə, Azərbaycan öz enerji infrastrukturunun modernləşdirilməsinə böyük məbləğdə vəsait yatırır ki, istehsal edilməsi planlaşdırılan “yaşıl enerji” həcmlərini qəbul edə və ötürə bilsin.
"Bu, həm avadanlıq, həm də proqram təminatı, eləcə də daha çox bərpa olunan enerji əldə etmək üçün müasir texnologiyaların tətbiqidir", – M.Sadıqov vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













