Dubaydan gələn əcnəbi Bakıya enən kimi TUTULDU
Far.Az xəbər saytı

Dubaydan gələn əcnəbi Bakıya enən kimi TUTULDU


Dubaydan gələn əcnəbi Bakı aeroportunda saxlanılıb.

Far.Az Lent.az-a istinadən xəbər verir ki, 23 yaşlı Əfqanistan vətəndaşı Avropaya getmək üçün saxta vəsiqə ilə Azərbaycana gəlib.

İttiham aktına görə, əcnəbi əsl vəsiqəsi ilə Dubay-Bakı aviareysi ilə hava limanına gəlib. Burada o, sərhədçilərə saxta pasport təqdim edib. Şəxsiyyət vəsiqəsinin saxta olmasını görən sərhədçilər onu saxlayaraq, istintaqa təhvil veriblər. Nəticədə onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Əfqanistanda iş tapa bilmədiyi üçün işləmək və yaşamaq üçün Avropa ölkələrinə getmək istəyib. Lakin Avropaya getmək üçün ölkəsinin vətəndaşlarına viza verilmədiyi üçün yollar axtarıb. Bunun üçün "Safi" adlı dostu ona pul qarşılığında saxta Pakistan pasportu düzəldib və Avropaya getmək üçün Azərbaycana getməli olduğunu bildirib. Əfqanistan vətəndaşı öz ölkəsinin pasportu ilə Dubaya gələ bilib. Lakin Dubaydan Bakıya gələndə "Safi"nin düzəltdiyi saxta pasportu təqdim edib.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və ailə üzvləri xəstə olduğu üçün Avropaya gedib pul qazanmaq istədiyini deyib.

Xəzər rayon Məhkəməsinin qərarı ilə o, 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər