"Şəki"nin baş məşqçisi: "Ən böyük çatışmazlıq ribaundları ala bilməməyimiz oldu"
Azərbaycan Basketbol Liqasının XVI turunda baş tutan "Abşeron Lions"la matçda "Şəki"nin ən böyük çatışmazlığı ribaundları ala bilməməsi olub.
"Report" xəbər verir ki, bunu baş məşqçi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib:
"Rəqibi qələbəyə görə təbrik edirəm. Bu gün yaxşı oynadığımızı düşünürəm, tamaşaçılar üçün yüksək səviyyəli və maraqlı matç oldu. Ən böyük çatışmazlıq ribaundları ala bilməməyimiz oldu. Rəqibimiz belə şanslardan 28 xal topladı ki, bu da çox böyük rəqəmdir".
Təcrübəli mütəxəssis oyunun həlledici anlarına da toxunub:
"Üçüncü periodda 10 xal geri düşsək də, sonradan hesabı bərabərləşdirdik, hətta sona iki dəqiqə qalmış önə keçdik. Lakin son saniyələrdə sadə atışları qaçırdıq və rəqibə şans verdik. Bunlar olmasaydı, qalib gələ bilərdik. Amma A qrupunun liderlərindən birinə qarşı göstərdiyi mübarizəyə görə oyunçularımdan razıyam. Mübarizə aparmağa davam edəcəyik".
Qeyd edək ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən oyun "Abşeron Lions"un 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Bu deputatın mandatı ləğv edildi
-
Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq
-
Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ













