Meksikada narkokartellər mikromaliyyə təşkilatlarına nəzarəti ələ keçirir
Far.Az xəbər saytı

Meksikada narkokartellər mikromaliyyə təşkilatlarına nəzarəti ələ keçirir


Meksikada narkokartellər mikromaliyyə təşkilatlarına (MMT) nəzarəti ələ keçirməyə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" qəzeti yazıb.

Nəşrin məlumatına görə, kartellər bu yolla narkotik ticarətindən asılılığı azaltmağa çalışırlar. Onların əsas hədəfi ənənəvi bank xidmətlərindən istifadə imkanları olmayan vətəndaşlara, xüsusilə iqtisadi piramidanın aşağı təbəqəsindəki sahibkarlara 300-3 500 ABŞ dolları məbləğində kredit verən mikromaliyyə təşkilatlarıdır.

Qəzetin yazdığına görə, kartellər MMT-ləri ələ keçirərkən təşkilatların rəhbərliyindən ərazini tərk etməyi və nəzarəti onlara təhvil verməyi tələb edirlər.

Bundan sonra cinayətkar qruplaşmalar yüksək faiz dərəcələri tətbiq edir, şirkətlərin əməkdaşlarını isə oğurlayır, döyür və hədələyirlər.

Oxşar xəbərlər

Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər