Azərbaycanın I Liqa klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib
Far.Az xəbər saytı

Azərbaycanın I Liqa klubunun üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib


Azərbaycanın I Liqa klubu "Baku Sportinq"in üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

"Report" paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri Naib Əsədov klub üzvlərinə matçlarla bağlı manipulyasiya halları haqqında ətraflı məlumat verib.

Seminar zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu diqqətə çatdırılıb. Həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.

Qeyd edək ki, maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Oxşar xəbərlər

Azərbaycan klubunun üzvləri üçün danışılmış oyunlarla bağlı maarifləndirici sessiya təşkil olunub
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər