Səudiyyə Ərəbistanı Azərbaycana 46,5 ton qurbanlıq ət göndərib
Səudiyyə Ərəbistanı Krallığı qurbanlıq ətin paylanması proqramı çərçivəsində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 46,5 ton qurbanlıq ət verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteyli bildirib.
Onun sözlərinə görə, sosial yardımın göstərilməsinə görə cavabdeh olan nazirlik ən çox ehtiyacı olan vətəndaşların siyahılarına malikdir ki, bu da yardımın ünvanlı şəkildə paylanmasını təmin etməyə imkan verəcək.
"Bu təşəbbüs Səudiyyə Ərəbistanı Krallığı ilə bütün İslam ölkələri, o cümlədən Azərbaycan arasında sıx sosial əlaqələri təsdiqləyir və bütün dünyada İslam qardaşlığı hissini gücləndirir", - səfir qeyd edib.
İssam bin Saleh əl-Cüteyli vurğulayıb ki, proqram Krallıq rəhbərliyinin bütün İslam dünyası müsəlmanlarını dəstəkləmək istəyini əks etdirir.
Səfir əməkdaşlığa və proqramın həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













