Qış olimpiadasında iştirak edəcək Azərbaycan idmançısının fiziki və psixoloji vəziyyəti açıqlanıb
İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsevin fiziki və psixoloji vəziyyəti qaydasındadır.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan komandasının şef de-missionu Anar Bağırov Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında bildirib.
Yarış öncəsi hazırlıq prosesi barədə də danışan MOK rəsmisi bildirib ki, idmançı tam gücü ilə mübarizəyə köklənib:
"Vladimir hazırda çox gərgin və intizamlı məşq edir. O, gündə iki dəfə - həm səhər, həm də axşam olmaqla buz üzərinə çıxaraq öz proqramını təkmilləşdirir. Fiziki və psixoloji vəziyyəti qaydasındadır. İtaliyadakı Olimpiya kəndində komandamız üçün hər bir şərait yaradılıb və biz sabahkı çıxışı həyəcanla gözləyirik".
XXV Qış Olimpiya Oyunlarında ölkəmizin idman şərəfini qoruyan fiqurlu konkisürən Vladimir Litvintsev sabah ilk yarışına start verəcək. Onun ilk çıxışı Bakı vaxtı ilə saat 18:30-da qısa proqram üzrə baş tutacaq.
V.Litvintsev fevralın 13-də sərbəst proqramda, Kortina-dAmpetso şəhərində isə idmançımız Anastasiya Papatoma dağ xizəyi üzrə yarışda fevralın 18-də öz qüvvəsini sınayacaq.
Oxşar xəbərlər
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
MOK rəsmiləri Milanda Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













