MOK rəsmiləri Milanda Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib
Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri İtaliyada təşkil olunan XXV Qış Olimpiya Oyunları çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.
"Far.Az" xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev Milanda yerləşən Atletlər kəndində olublar.
Rəsmilər Olimpiya kəndində məskunlaşan nümayəndə heyətinin üzvləri və ölkəmizi təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsevlə görüşüblər. Şef de-mission Anar Bağırov kənddə yaradılan şərait, idmançıların hazırlıq prosesi, məskunlaşma və qidalanma barədə ətraflı məlumat verib.
Görüş zamanı yarışlara hazırlığın gedişi müzakirə edilib, mövcud imkanlar müsbət qiymətləndirilib. MOK və federasiya rəhbərliyi idmançılarımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə inandıqlarını bildirərək onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, Azərbaycan XXV Qış Olimpiya Oyunlarında iki idmançı – fiqurlu konkisürən Vladimir Litvintsev və dağ xizəkçisi Anastasiya Papatoma ilə təmsil olunur.
Fevralın 22-dək davam edəcək Olimpiadada 92 ölkədən 3 minə yaxın idmançı mübarizə aparır.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Rəsmilər Şəhidlər xiyabanında
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













