COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Far.Az xəbər saytı

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub


Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 12-də Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər.

"Far.Az" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva, COP31-də iştirak edən dövlət və hökumət başçılarının xanımları, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də BMT-nin Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxslər Məsləhət Şurasının üzvləri açılış mərasimində iştirak ediblər.

Muzeyin açılışını bildirən lent tədbir iştirakçılarının iştirakı ilə kəsilib.

Türkiyənin Sıfır Tullantı Fondu tərəfindən COP31 çərçivəsində yaradılan muzey 2017-ci ildə əsası qoyulan Sıfır Tullantı Layihəsinin milli və beynəlxalq miqyasda inkişaf yolunu əks etdirir.

Muzeyin əsas məqsədi gündəlik həyatda istifadə olunan əşyaların ömrünün uzadılması, təbii ehtiyatların qorunması və tullantıların azaldılması istiqamətlərində ictimai maarifləndirməni gücləndirməkdir.

Qeyd edək ki, muzeydə təqdim olunan təcrübənin beynəlxalq miqyasda təbliği və müxtəlif ölkələrdə sıfır tullantı yanaşmasının təşviqinə töhfə verməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər