Ötən il 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib
Far.Az xəbər saytı

Ötən il 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib


Vətəndaş şikayətləri əsasında bələdiyyələrin yol verdiyi nöqsanlar açıqlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı şəhəri üzrə bələdiyyələr tərəfindən əsasən ötən dövrlərdə qanunsuz torpaq sahələrinin ayrılması, vergitutma obyektlərinin uçotu və yerli vergilərin hesablanmasında qanunvericiliyin tələblərinin pozulması, yerli əhəmiyyətli məsələlərin həlli, o cümlədən abadlaşdırma və yaşıllıqların mühafizəsi ilə bağlı vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsi hallarına rast gəlinir.

Məruzədə qeyd olunub ki, region bələdiyyələri tərəfindən əsasən torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi, bələdiyyə torpaqlarının zəbt edilməsi, yaxud təyinatından kənar istifadə edilməsi, qeyri-qanuni istifadə olunan, habelə icarə müddəti bitmiş torpaqların bələdiyyənin sahibliyinə qaytarılması və dəymiş ziyanın ödənilməsi istiqamətində hər hansı tədbir görülməməsi kimi nöqsanlara yol verilir.

Qeyd edilib ki, il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə bələdiyyənin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəmələrə göndərilib, həmin protokollar əsasında 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 3 protokol isə hazırda məhkəmələrin icraatındadır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər