Kino biletləri də "ABB mobile" tətbiqində!
Far.Az xəbər saytı

Kino biletləri də "ABB mobile" tətbiqində!


Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 2026-cı ilin noyabrın 3-də Bankla "CineMastercard" şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb.

Sənəd kinoteatrlarda Bankın brendinin yerləşdirilməsini və premium zalların "ABB zalları" adlandırılmasını, ABB üçün hədəfli reklam imkanlarının yaradılmasını, xüsusi nümayişlər cədvəlinin əvvəlcədən Banka təqdim edilməsini və ABB müştəriləri üçün eksklüziv təkliflərin hazırlanmasını, birgə innovativ layihələrin həyata keçirilməsini, ABB müştəriləri üçün bilet satışına erkən keçid imkanının yaradılmasını, habelə mobil tətbiqlər arasında qarşılıqlı inteqrasiyaların təmin edilməsini nəzərdə tutur.

Bu tərəfdaşlıq sayəsində "ABB mobile" tətbiqi istifadəçiləri ölkəmizdə ilk dəfə kino biletlərini də başqa heç bir platformaya ehtiyac olmadan birbaşa "ABB mobile" tətbiqindən əldə edəcəklər.

Tətbiqdə film və seanslar axtarmaq, bilet və yer seçimi etmək, lazımi kino biletlərini alıb ödənişlərini də birbaşa "ABB mobile" tətbiqi üzərindən rahatlıqla həyata keçirmək mümkün olacaq.

"ABB mobile" müştərilərin gündəlik ehtiyaclarının qarşılanması üçün imkanları vahid platformada toplayır. Bu məqsədlə tətbiqə yeni inteqrasiyalar bundan sonra da davam etdiriləcək.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Oxşar xəbərlər

"Tağıyev" kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub
"Deluxe Residence" artıq "Sea Breeze"də: Yeni premium yaşayış konsepti
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
HONOR brendinin 5 illiyi və inkişaf strategiyası təqdim olundu
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər