Naxçıvanda Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib
8 Noyabr-Zəfər Gününün 6-cı ildönümü ərəfəsində Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Pürcüvar Dövlət Meşəsi ərazisində ağacəkmə aksiyası keçirilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, aksiyada Naxçıvanın Baş naziri Cabbar Musayev, dövlət və hökumət nümayəndələri, eləcə də Nazirliyin və tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində 1 hektar sahədə 825 ədəd tut tingi əkilib.
Naxçıvanın ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Baş nazirə 2026-cı ilin yaz mövsümündə həyata keçirilən yaşıllaşdırma tədbirləri, eləcə də cari ilin payız əkin mövsümündə nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib. Bildirib ki, muxtar respublika ərazisində yaz mövsümündə 231,23 hektarda meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib, payız mövsümündə isə 254,27 hektar sahədə həyata keçirilməsi planlaşdırılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ağacların nömrələnməsi layihəsi çərçivəsində əkilən tinglər uçota alınaraq inventarlaşdırılıb və hər bir ağacın üzərinə fərdi identifikasiyasını təmin edən inventar lövhələr vurulub.
Oxşar xəbərlər
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
İDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













