Naxçıvan güləşçiləri Türkiyədə keçirilən festivalda uğurla çıxış ediblər
Naxçıvan güləşçiləri Türkiyədə keçirilən "Veliköy Qarüstü Qaraqucaq Güləşi Festivalı"nda uğurla çıxış ediblər.
"Report"un yerli bürosunun məlumatına görə, yarışda Azərbaycan və Gürcüstanla yanaşı, Türkiyənin Ərzurum, Amasya, İstanbul, Tokat, Samsun və Artvin vilayətlərindən 12 kateqoriya üzrə ümumilikdə 149 idmançı mübarizə aparıb.
Qarşılaşmalar qarla örtülü meydançada keçirilib.
Azərbaycanı yarışda Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Hikmət Hüseynovun rəhbərliyi ilə "Naxçıvan" komandasının 6 idmançısı təmsil edib. Təmsilçilərimiz festivalda 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Uşaqların yarışında Murad Hacızadə (35 kq) qızıl çempion olub. Rüzgar Məmmədov eyni yaş qrupu və çəkidə üçüncü yeri tutub. Böyüklərin yarışında Hüseyn Rzayev (85 kq) gümüş medala sahib çıxıb. Murad Quliyev (70 kq), Qoca Əhmədov (90 kq) və Kəramət Xudiyev (90 kq) isə yarışı bürünc medalla tamamlayıblar.
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"













