Amerikalı idmançıların XXV Qış Olimpiya Oyunlarında qazandığı medallar sınıb
Far.Az xəbər saytı

Amerikalı idmançıların XXV Qış Olimpiya Oyunlarında qazandığı medallar sınıb


Amerikalı idmançıların XXV Qış Olimpiya Oyunlarında qazandığı medallar sınıb.

"Far.Az" xəbər verir ki, İtaliyada keçirilən Oyunlarda dağ xizəyi üzrə yarışların qalibi olan amerikalı idmançı Brizi Conson qələbəsini qeyd edərkən qızıl medalını sındırıb.

Məlumata görə, Conson sevinc hissi ilə tullanarkən medalın lenti qopub və nəticədə medal zədələnib. Oxşar hadisə komanda yarışında qızıl medal əldə edən ABŞ təmsilçisi, fiqurlu konkisürən Alisa Lyunun da başına gəlib. Onun medalının isə lenti cırılıb.

Qeyd edək ki, İtaliyada təşkil olunan Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Qış Olimpiya Oyunlarında - İtaliyada səkkizinci cəhd - ARAŞDIRMA
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər