Arvadını döydü, hotelə aparıb "TikTok"da canlı yayım açdırdı
Bakıda həyat yoldaşına mütəmadi fiziki və psixoloji zorakılıq etməkdə təqsirləndirilən şəxsin barəsindəki cinayət işinə xitam verilib. Məhkəmə tərəflərin barışmasını və dəymiş ziyanın ödənilməsini nəzərə alaraq onu cinayət məsuliyyətindən azad edib.
BAKU.WS Modern.az-a istinadla xəbər verir ki, işə Xəzər Rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə baxılıb. Müttəhimə Cinayət Məcəlləsinin 133.1-ci - əzab vermə maddəsi ilə ittiham irəli sürülüb.
Qərarda göstərilib ki, kişi müxtəlif vaxtlarda birgə yaşadıqları mənzildə həyat yoldaşını döyərək ona fiziki ağrı və psixoloji iztirab verib. Epizodların bir qismində qadının "TikTok"dan istifadə etməsini mübahisəyə bəhanə edib.
İş materiallarına əsasən, o, qadını iradəsinə zidd olaraq hotelə aparıb, hicabını açmağa və "TikTok"da canlı yayıma qoşulmağa məcbur edib. Daha sonra onun adından digər istifadəçilərə intim məzmunlu mesajlar yazıb.
Zərərçəkmiş məhkəmədə bildirib ki, həyat yoldaşı işləməsinə icazə vermədiyi üçün gəlir əldə etmək məqsədilə sosial şəbəkədə canlı yayımlar açmağa başlayıb. Onun sözlərinə görə, kişi müxtəlif vaxtlarda telefonunu əlindən alıb, ona xəsarətlər yetirib və hədələyib.
Qadın yaxınlarının evinə getdikdən sonra hadisələr barədə polisə məlumat verilib. Məhkəmə-tibbi ekspertizalarında onun bədənində müxtəlif xəsarətlər aşkarlanıb.
Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilib və həyat yoldaşını bir neçə dəfə vurduğunu boynuna alıb.
Məhkəmə baxışı zamanı hər iki tərəf barışdıqlarını bildirərək işə xitam verilməsini istəyib. Zərərçəkmiş ona dəymiş ziyanın ödənildiyini, qarşı tərəfə şikayət və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin 29 oktyabr 2026-cı il tarixli qərarı ilə kişi Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunub, barəsindəki cinayət təqibinə və iş üzrə icraata xitam verilib. Onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Roman Abramoviç Bakıya gəlib
-
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
-
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
-
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb













