Azərbaycan Voleybol Federasiyasının həkimi Avropa Voleybol Konfederasiyasının iclasında iştirak edib
Far.Az xəbər saytı

Azərbaycan Voleybol Federasiyasının həkimi Avropa Voleybol Konfederasiyasının iclasında iştirak edib


Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, Lüksemburqda baş tutan toplantıda CEV Tibb Komissiyasının üzvü, Azərbaycan Voleybol Federasiyasının həkimi Vüsalə Kazımova da iştirak edib.

CEV-in baş ofisində təşkil olunan iclasa Tibb Komissiyasının prezidenti Yaçek Leon Kruçinski rəhbərlik edib. Toplantı zamanı CEV-in cari il üçün fəaliyyət planı, beynəlxalq turnir və yarışlarda tibbi təminatın təşkili, eləcə də idmançıların sağlamlığının qorunması ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə 2025-ci il ərzində keçirilmiş və qarşıdakı dövr üçün planlaşdırılan yarışlarda idmançıların tibbi müayinələrinin təşkili, zədələrin profilaktikası, bərpa prosesləri və tibbi nəzarət mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, beynəlxalq yarışlarda tətbiq olunan tibbi protokolların təkmilləşdirilməsi və vahid standartların qorunmasının vacibliyi vurğulanıb.

İclas çərçivəsində CEV Tibb Komissiyasının üzvləri tərəfindən müasir tibbi yanaşmalar, idman təbabətindəki yeniliklər və bu sahədə federasiyalar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri də diqqət mərkəzində olub.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Vüsalə Əlizadədən Yeni il ab-havalı FOTOSESSİYA
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər