WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dekabrın 11-də növbəti iclası keçirilib.
Far.Az xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma fəaliyyətinin prioritet istiqamətlərdən biri olduğunu deyib.
Azərbaycanda bu sahədə formalaşdırılmış müasir yanaşmaların iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə, sosial rifahın artırılmasına və iqlim dəyişikliklərinə səmərəli uyğunlaşmanın təmin olunmasına xidmət etdiyini söyləyib.
Samir Nuriyev son beş il ərzində xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını, sistemli planlaşdırma prinsiplərini rəhbər tutduğunu və yüksək icra potensialını aydın şəkildə nümayiş etdirdiyini vurğulayıb.
Azərbaycanın postmünaqişə dövründə tətbiq edilən sürətli bərpa və quruculuq işlərinin yeni inkişaf modelini formalaşdırdığını deyib.
Təşkilat Komitəsinin sədri bu nailiyyətlərin Azərbaycanın təcrübəsinə beynəlxalq səviyyədə də marağı artırdığını, ölkəmizi bu sahədə etibarlı tərəfdaş kimi tanıtdığını qeyd edib.
O, WUF13-ün 2026-cı ildə Bakı şəhərində keçirilməsinin Azərbaycanın beynəlxalq şəhərsalma proseslərinə verdiyi töhfənin, dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi siyasətin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın bariz göstəricisi olduğunu söyləyib.
Samir Nuriyev WUF13-ə hazırlığın dövlət başçısının birbaşa diqqət mərkəzində olduğunu vurğulayaraq, ilk iclasdan ötən müddətdə bu tədbirə hazırlıq çərçivəsində görülmüş işləri qeyd edib.
Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, təşkilati-logistika sahələrində görülmüş işlər və gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin üzvlərinin məruzələri dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifəyə uyğun olaraq WUF13-ə hazırlıq prosesi, o cümlədən Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.
Qalereya
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" ilə bağlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər
-
Azərbaycanın 3x3 qadın basketbol millisi Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
AZANS Daşkənddə regional aeronaviqasiya əməkdaşlığını gücləndirib













