ABŞ klubundan Nərimanın transferi ilə bağlı AÇIQLAMA
MLS təmsilçisi "Kolumbus Kru" "Qarabağ"dan hücumçu Nəriman Axundzadəni heyətinə qatıb.
Far.Az xəbər verir ki, 21 yaşlı futbolçu Major League Soccer-in U22 Təşəbbüsü çərçivəsində komandaya qoşulub və Beynəlxalq Transfer Sertifikatı (ITC) və P-1 vizası alındıqdan sonra beynəlxalq legioner yeri tutacaq.
Axundzadə ilə müqavilə 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
"Nəriman komandamıza fərqli oyun keyfiyyəti gətirəcək. Onun texniki bacarıqları və yüksək işgüzarlığı oyun üslubumuza tam uyğundur", – deyə "Kolumbus Kru"nun baş meneceri bildirib.
Qeyd olunub ki, gənc yaşına baxmayaraq, futbolçu həm yerli çempionatda, həm Avropa səviyyəsində, həm də milli komandada dəyərli təcrübə qazanıb.
Nəriman Axundzadə 2025-2026 mövsümündə "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasında 13 oyunda iştirak edib və 3 qol vurub. Hücumçu UEFA Çempionlar Liqasının seçmə mərhələsində 6 oyuna start heyətində çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb və komandasının turnirin əsas mərhələsinə vəsiqə qazanmasına töhfə verib. Liqa mərhələsində isə 6 oyunda 1 assist edib.
Axundzadə "Qarabağ"ın heyətində ümumilikdə 127 oyunda 35 qol və 17 məhsuldar ötürmə ilə çıxış edib, klubla birlikdə ardıcıl üç dəfə ölkə çempionu olub və Azərbaycan Kubokunu qazanıb.
Azərbaycanın Lənkəran şəhərində doğulan futbolçu 2013-cü ildə, 9 yaşında "Qarabağ" akademiyasına qoşulub. O, peşəkar debütünü 30 oktyabr 2022-ci ildə, 18 yaşında "Şamaxı"ya qarşı liqa oyununda edib.
Beynəlxalq arenada Nəriman Axundzadə Azərbaycan milli komandasında 13 oyunda (10-u start heyətində) meydana çıxıb. Bundan əlavə, U-19 və U-21 milli komandalarında 16 oyunda iştirak edib və 3 qol vurub.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













