İran yeni silahlar sınaqdan keçirib
Far.Az xəbər saytı

İran yeni silahlar sınaqdan keçirib


İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib.

"Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yeni silahları sınaqdan keçirmişik. İranın silahlı qüvvələri ən yüksək hazırlıq səviyyəsindədir", - Əraqçi "Telegram" kanalında müsahibədən sitat gətirib.

Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığın normal vəziyyətə qayıtması üçün vaxt lazımdır:

"İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüdür və bu müqavilə çərçivəsindəki öz öhdəliklərinə sadiqdir.

Müharibənin baş verməsi ilə bağlı heç bir ehtimalı istisna etmirik və bütün ssenarilərə hazırıq. Bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılmasını və başa çatmasını tələb edirik.

Hörmüz boğazının yenidən açılmasını İran və Oman Sultanlığı tərəfindən bu boğazda müəyyən edilmiş yeni gəmiçilik marşrutunun qəbul edilməsi və digər istiqamətlərin bağlanması ilə şərtləndiririk".

Qeyd edək ki, İran Qətərdəki aktivlərin blokdan çıxarılmasını da tələb edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər