İmişlidə avtomobil qəzası olub, üç qadın xəsarət alıb
Far.Az xəbər saytı

İmişlidə avtomobil qəzası olub, üç qadın xəsarət alıb


İmişli rayonunda üç qadının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, boyun fəqərəsinin arxa çıxıntısının yerdəyişmiş sınığı, dirsək nahiyyəsinin yarası, qapalı kəllə-beyin travması, sol diz və baldırın sıyrıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Oxşar xəbərlər

İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İmişlidə I Qarabağ müharibəsinin itkin-şəhidi Elçin Heydərov dəfn edilib
Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər