Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Akademik Həsən Əliyev küçəsi – "Koroğlu" metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin inşası davam etdirilir.
Far.Az xəbər verir ki, yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib.
Dövlət Proqramına əsasən, avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malikdir. Bundan əlavə, 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir.
Avtomobil yolunda ümumi uzunluğu 2 073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur:
1 nömrəli tunel – yolun 0.8-ci km-də yerləşir. Ümumi uzunluğu 506 m, eni 17 m-dir (qapalı hissə – 120 m, açıq hissə – 386 m);
2 nömrəli tunel – yolun 1.5-ci km-də yerləşir. Ümumi uzunluğu 363 m, eni 11 m-dir (qapalı hissə – 74,09 m, açıq hissə – 289 m);
3 nömrəli tunel – yolun 1.8-ci km-də yerləşir. Ümumi uzunluğu 307 m, eni 27,5 m-dir (qapalı hissə – 192,8 m, açıq hissə – 114,5 m);
4 nömrəli tunel – yolun 2.4-cü km-də yerləşir. Ümumi uzunluğu 894,7 m, eni 27,5 m-dir (qapalı hissə – 259,5 m, açıq hissə – 390,6 m, çıxış hissəsi – 244,6 m).
Layihə üzrə bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti-quraşdırma işlərinin tikintisi davam edir.
Hazırda "Ulduz" metrostansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Bakıda yeni avtomobil yolunun inşasından GÖRÜNTÜLƏR
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda yeni avtomobil yolunun inşası ilə bağlı son vəziyyət açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
Prezident və birinci xanım Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər
-
İsrailin Livana hücumları nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB
-
Naxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
-
ABŞ Hörmüz boğazında 58 ticarət gəmisinin istiqamətini dəyişdirib













