Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutuldu
Far.Az xəbər saytı

Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutuldu


Paytaxtın Nərimanov rayonunda quldurluq hadisəsi baş verib.

Bu barədə Far.Az-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs sifariş verdiyi qızıl-zinət əşyalarını kuryer qismində ünvana çatdıran zərərçəkənə bıçaqla xəsarət yetirib və məhsulu götürərək hadisə yerindən uzaqlaşıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 36 yaşlı Mehman Maqsudov müəyyən olunaraq saxlanılıb.

Onun üzərindən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin də aşkarlanıb. M.Maqsudovun quldurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə paytaxt sakininin "VAZ 2107" markalı avtomobilini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı İbrahim Məmmədov da saxlanılıb.

Qeyd edilib ki, İ.Məmmədov qaçırdığı avtomobillə qəza törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Araşdırmalarla onun bir müddət əvvəl daha iki nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını və 1 yük avtomobilin akkumulyatorunu oğurladığı məlum olub.

Bakıda kuryeri bıçaqlayıb, qızılları aparan şəxs tutuldu

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər