Azərbaycan Kuboku: "Turan Tovuz" 12500 manat cərimələnib, baş məşqçiyə dörd oyunluq cəza verilib
Far.Az xəbər saytı

Azərbaycan Kuboku: "Turan Tovuz" 12500 manat cərimələnib, baş məşqçiyə dörd oyunluq cəza verilib


"Turan Tovuz" klubu 12500 manat cərimələnib, komandanın baş məşqçisi Kurban Berdıyevə 4 oyunluq cəza verilib

"Far.Az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi (İK) qərar çıxarıb.

Bölgə təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz"lə oyunda yaşananlara görə ziyana düşüb.

Komandanın məşqçisi Yunis Hüseynov 41-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub, ona bir oyunluq cəza verilib. Tovuz klubu Hüseynova görə 2500 manat ödəməli olacaq.

Baş məşqçi Kurban Berdiyev isə 64-cü dəqiqədə hakimi itələyib və təhqir edib. O, bu səbəbdən 4 matçlıq cəza ilə üzləşib və "Turan Tovuz" 10 000 manat cərimələnib.

İK "Qəbələ"yə xəbərdarlıq edib. Buna "qırmızı-qaralar"ın "Sabah"la qarşılaşmaya təyin olunan vaxtdan gec gəlməsi səbəb olub.

Oxşar xəbərlər

AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər