AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib.
BAKU.WS xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov cənub bölgəsinə səfəri çərçivəsində futbol infrastrukturunun vəziyyəti ilə yerində tanış olublar.
Səfər Biləsuvar və Cəlilabadda başlayıb. AFFA rəsmiləri orada Olimpiya İdman Komplekslərini və yerli stadionları yoxlayaraq mövcud şərait və inkişaf imkanları barədə məlumat alıblar.
Daha sonra Lənkəran Olimpiya İdman Kompleksinə baş çəkilib.
AFFA nümayəndələri Kütləvi Futbol Turniri çərçivəsində uşaqlar arasında Beynəlxalq Futbol Gününə həsr olunmuş yarışı izləyiblər. AFFA tərəfindən iştirakçılara futbol topları və formalar hədiyyə olunub.
Səfər zamanı müxtəlif qurum və yerli nümayəndələrlə bir sıra faydalı görüşlər keçirilib.
Cənub turu Ərkivan qəsəbə stadionu və Masallıda yerləşən Anatoli Banişevski adına stadiona aparılan baxışlarla davam edib.
Səfərin sonunda AFFA rəsmiləri Salyan Olimpiya İdman Kompleksində mövcud infrastrukturla tanış olublar.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Şekspir" tamaşası nümayiş olunub
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR
-
"Fox News": ABŞ İranın Bəndər-Abbas limanına zərbə endirib













