"Qarabağ" klubu nigeriyalı futbolçularla bağlı mövsümün sonunda qərar verəcək
Far.Az xəbər saytı

"Qarabağ" klubu nigeriyalı futbolçularla bağlı mövsümün sonunda qərar verəcək


"Qarabağ" klubu U-19 komandasında çıxış edən nigeriyalı futbolçular - Muyideen Olude və Toheeb Abiodunla bağlı mövsümün sonunda qərar verəcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib.

O, həmin oyunçuların hazırda AFFA Gənclər Liqasında oynadıqlarını xatırladıb:

"Onlarla müqavilənin müddəti "1+1" illikdir. Qərar mövsümün sonunda məşqçilər korpusunun fikrinə əsasən veriləcək. Komandada inkişaf ehtimalları yüksək görülsə, sözləşmələrinin müddəti uzadılacaq. Əks halda yollarımız ayrılacaq. Gələn il Azərbaycanda Əvəzedicilər Liqası olacaqmı? Bu, sual altındadır. Nigeriyalı futbolçuların 19 yaşları tamam olacaq və U-19 Liqasında çıxış edə bilməyəcəklər. Hazırda məsələ açıq olaraq qalır. Çox güman, apreldə yekun qərar veriləcək".

Klub rəsmisi müqavilənin müddəti yenilənsə, futbolçuların "Qarabağ"ın əsas komandasına da cəlb oluna biləcəklərini də deyib.

Xatırladaq ki, Muyideen Olude və Toheeb Abiodun cari mövsümün əvvəlində UEFA Gənclər Liqasının oyunları üçün "Qarabağ"ın U-19 komandasına cəlb edilib.

Oxşar xəbərlər

AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər