Bakı-Sumqayıt istiqamətində hərəkətdə olan qatar qarşısına çıxan piyadanı vurdu
Far.Az xəbər saytı

Bakı-Sumqayıt istiqamətində hərəkətdə olan qatar qarşısına çıxan piyadanı vurdu


Abşeron dairəvi dəmiryol marşrutu üzrə Bakı-Sumqayıt istiqamətində hərəkətdə olan qatarın qarşısına qəfil insan çıxıb.

Far.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

"Fevralın 11-də, saat 19:07-də ADY-yə məxsus qatar Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb.

Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Novxanıda sürət qatarının qarşısına çıxan piyada ölüb - YENİLƏNİB
Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Xırdalan Dəmiryol Stansiyasından yola düşür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər