Novxanıda sürət qatarının qarşısına çıxan piyada ölüb - YENİLƏNİB
Far.Az xəbər saytı

Novxanıda sürət qatarının qarşısına çıxan piyada ölüb - YENİLƏNİB


"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə məxsus qatar 11 fevral tarixində saat 19:07-də Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq QSC-dən məlumat verilib.

Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub:

"Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.

ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır".

Bakı-Sumqayıt marşrutu üzrə hərəkətdə olan sürət qatarı Novxanı sahəsindən keçən hissədə piyadanı vurub.

"Far.Az"un Sumqayıt bürosu məlumat verir ki, dəmiryolu xəttinə çıxan ortayaşlı kişi qəfil qatar yoluna keçib və nəticədə həyatını itirib.

Hadisədən sonra qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və fakt üzrə araşdırmalara başlanılıb.

Hazırda hadisənin başvermə şəraiti və səbəbləri dəqiqləşdirilir.

Oxşar xəbərlər

Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Xırdalan Dəmiryol Stansiyasından yola düşür
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
455 kilometr yolu 5 saat 36 dəqiqəyə qət edən SÜRƏT QATARININ YAŞATDIĞI SEVİNC...
ADY: Ötən il maşinistlər qatar qarşısına çıxan qəfil maneələrə görə 123 dəfə təcili tormozlama edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər