Bakının mərkəzində qırmızı işıqda keçən maşın svetofora çırpılıb - ANBAAN VİDEO
Far.Az xəbər saytı

Bakının mərkəzində qırmızı işıqda keçən maşın svetofora çırpılıb - ANBAAN VİDEO


Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Far.Az-ə verilən məlumata görə, svetoforun qadağanedici işarəsində hərəkəti davam etdirən minik avtomobili svetofora çırpılıb. Nəticədə 1 ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən svetoforun yenilənməsi istiqamətində işlərə başlanılıb.

Qeyd edilib ki, ötən il ərzində Bakı şəhərinin inzibati ərazisində yerləşən küçə və prospektlərdə baş vermiş 55 yol-nəqliyyat hadisəsi nəticəsində svetoforlara ziyan dəyib və ya onlar yararsız vəziyyətə düşüb. Bu istiqamətdə müvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Yol hərəkəti təhlükəsizliyi üçün profilaktik işlər davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər