"Xarı Bülbül" restoranının qarşısında kütləvi dava - Bir nəfər həbs edildi
Bakı şəhərinin Nizami rayonu ərazisində münaqişə yaradan vətəndaş barəsində həbs qərarı çıxarılıb.
Far.Az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə rayonun Cəmşid Naxçıvanski küçəsindəki "Xarı Bülbül" restoranının önündə qeydə alınıb.
Həmin ərazidə bir qrup şəxs arasında başlayan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. İnsident zamanı tərəflər bir-birlərinə qarşı qeyri-etik və nalayiq ifadələr işlədərək səs-küy salıblar.
Əraziyə cəlb olunan polis əməkdaşları tərəfləri intizama dəvət etsələr də, onlardan biri - 1981-ci il təvəllüdlü Naxçıvan sakini Kənan Babayev (ad və soyad şərti olaraq qeyd edilib - red.) hüquq-mühafizə orqanı işçilərinin qanuni tələblərinə müqavimət göstərib.
Həmin şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub.
Nizami Rayon Məhkəməsi tərəfindən həmin şəxsə 15 sutka müddətinə inzibati həbs cəzası verilib.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın məşhur hərbi xadimi Cəmşid Naxçıvanskinin doğum günüdür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













