İşğaldan azad olunmuş ərazilərdə 10 mindən çox abonent qazla təmin olunur
Hazırda Azərbaycanın işğaldan azad olunmuş 10 şəhər və rayonunda 10 665 əhali abonenti təbii qazla təmin olunur.
"Far.Az"un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə yeni yaşayış məntəqələrinin salınması və əhalinin doğma yurdlarına qayıdışının davam etdirilməsi ilə qaz infrastrukturunun genişləndirilməsi və yeni abonentlərin təbii qaz şəbəkəsinə qoşulması istiqamətində işlər də mərhələli şəkildə davam etdirilir.
"Hazırda Ağdərə rayonunda 769, Laçın rayonunda 1 019, Şuşa şəhərində 42, Xocalı rayonunda 1 411, Xankəndi şəhərində 2 930, Cəbrayıl şəhərində 1 643, Zəngilan rayonunda 575, Kəlbəcər şəhərində 163, Ağdam rayonunda 1 181, Xocavənd rayonunda isə 932 abonent qazla təmin olunur", - deyə "Azəriqaz" rəsmisi qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Növbəti köç karvanı Xocavəndə çatıb, açarlar təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Türkiyə Moskva və Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
-
Bakıda azyaşlının burnundan gilas tumu çıxarıldı - 2 ildir qalıbmış













