İcma Qərbi Azərbaycan hekayələri barədə müsabiqələri davam etdirəcək
Far.Az xəbər saytı

İcma Qərbi Azərbaycan hekayələri barədə müsabiqələri davam etdirəcək


Qərbi Azərbaycan İcması Qərbi Azərbaycan hekayələri barədə müsabiqələri davam etdirəcək.

"Far.Az" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Bir Elin Manifesti: Qərbi Azərbaycan hekayələri" ümumrespublika hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, gələn il baş tutacaq müsabiqədə iştirakçı sayının artacağı gözlənilir:

"Bu müsabiqədə 60-a yaxın müəllif iştirak edib. Gələn müsabiqədə iştirakçıların sayı altmışı ötəcək. Bu layihənin məqsədi Qərbi Azərbaycan həqiqətlərini bədii ədəbiyyatda əks etdirməkdir. Qərbi Azərbaycan həqiqətlərinin bədii ədəbiyyat vasitəsilə gənc nəsillərə ötürülməsinə çox ehtiyac var. Bu layihə Qərbi Azərbaycana qayıdış yolunda atdığımız növbəti addımdır".

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Bakıda təşkil olunan Millətlər Liqasının mükafatlandırma mərasimi keçirilib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər