Sumqayıtda ayaqqabı təmiri köşkündə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən tikilidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Far.Az"a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 25kv.m. olan metal və taxta konstruksiyadan ibarət ayaqqabı təmiri köşkündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən uşaq bağçasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində köşkün yanar konstruksiyaları və 4 ədəd ağac qismən yanıb, xəsarət alan olmayıb.
Yaxınlıqda yerləşən uşaq bağçası və digər ağaclar yanğından mühafizə olunub.
Sumqayıtın 45-ci məhəllə adlanan hissəsində yerləşən ayaqqabı təmir məntəqəsində yanğın qeydə alınıb.
"Far.Az"un yerli bürosu xəbər verir ki, FHN-in yanğınsöndürmə briqadaları alovun qarşısını almağa çalışır.
Yanğının digər obyektlərə keçmə təhlükəsi var. Ərazidə bir neçə ağacın da yandığı bildirilir.
Oxşar xəbərlər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













