Azərbaycan Basketbol Liqası: XVII turun daha iki qarşılaşması baş tutacaq
Far.Az xəbər saytı

Azərbaycan Basketbol Liqası: XVII turun daha iki qarşılaşması baş tutacaq


Azərbaycan Basketbol Liqasında XVII turun növbəti oyunları baş tutacaq.

"Report" xəbər verir ki, günün ilk matçı A qrupu çərçivəsində Gəncədə keçiriləcək.

"Gəncə" klubu "Abşeron Lions" kollektivini qəbul edəcək. Qarşılaşma Gəncə Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.

Günün digər görüşündə isə B qrupunda yer alan komandalar üz-üzə gələcəklər. Hazırda turnir cədvəlinin lideri olan "Ordu" "Quba" kollektivini sınağa çəkəcək. Bu oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq.

Daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107) məğlub edib.

Qeyd edək ki, XVII tura fevralın 14-də yekun vurulacaq.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlər üçün YENİ XƏBƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər