"Qarabağ"ın rəqibinin baş məşqçisi zədəli futbolçuların son durumunu açıqlayıb
Far.Az xəbər saytı

"Qarabağ"ın rəqibinin baş məşqçisi zədəli futbolçuların son durumunu açıqlayıb


"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl"ın baş məşqçisi Eddi Hau heyətdəki zədəli futbolçuların son durumunu açıqlayıb.

"Report" xəbər verir ki, mütəxəssis bunu İngiltərə Federasiya Kubokunun IV turu çərçivəsində keçiriləcək "Aston Villa" ilə matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, bəzi futbolçuların kubok matçında komandaya kömək edə bilməyəcəklərini bildirib:

"Hazırda əsas narahatlığımız Bruno Gimaraeşlə bağlıdır. Onun zədəsinin nə dərəcədə ciddi olduğunu və hansı müddətə kənarda qalacağını müəyyənləşdirmək üçün müayinələrin tam nəticəsini gözləyirik. Lyuis Mayli də bud nahiyəsindən aldığı zərbə və əzələ zədəsi səbəbindən bizə kömək edə bilməyəcək. Digər tərəfdən, Joelintonun bərpa prosesi çox yaxşı gedir və qayıdışı uzaqda deyil. Tino Livramento isə artıq yaşıl meydanda məşqlərə başlayıb və martın əvvəlində tam hazır olacağını gözləyirik".

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Oxşar xəbərlər

Proqnozları alt-üst edən "Qarabağ" – "Dumanlı Albion"da yeni tarix yazmaq fürsəti - ŞƏRH
Çempionlar Liqası: "Liverpul"a məğlub olan "Qarabağ" pley-offa yüksəlib - YENİLƏNİB-9
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
"Qarabağ"ın rəqibinin futbolçusu "Mançester Siti" ilə matçı buraxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər