"S&P": Azərbaycan banklarında özəl sektorun borc yükü region üzrə daha aşağı səviyyədədir
Far.Az xəbər saytı

"S&P": Azərbaycan banklarında özəl sektorun borc yükü region üzrə daha aşağı səviyyədədir


"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ildə Azərbaycanda kreditləşmə tempinin 10-12 % səviyyəsində olacağını proqnozlaşdırır.

"Far.Az" "S&P Global Ratings" agentliyinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin səviyyəsinə uyğun olmaqla, son dörd ildə qeydə alınmış orta 18 %-lik artım tempindən aşağıdır.

"Neft və qaz hasilatının yavaşlaması fonunda iqtisadi artımın proqnozlaşdırılan azalmasına baxmayaraq, bank sistemi miqyasında beynəlxalq maliyyə hesabatı standartlarına (BMHS) əsasən üçüncü mərhələ kreditlərin payı 4,5-5 % səviyyəsində stabil qalacaq", - agentlik qeyd edir.

"S&P"hesab edir ki, Azərbaycan bankları Gürcüstan, Ermənistan və Özbəkistanın müqayisə olunan göstəricilərinə nisbətən özəl sektorun daha aşağı borc yükü səviyyəsi ilə - ÜDM-in təxminən 26 %-i həcmində xarakterizə olunur.

"Onlarda valyuta kreditləşməsi səviyyəsi də regionda ən aşağı olaraq qalır - 2025-ci ilin sonuna təxminən 16 % təşkil edir", - agentlik bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan iqtisadiyyatı 2025-ci ildə: rekord valyuta ehtiyatları, Yaxın Şərqdə neft-qaz əməliyyatlarının genişləndirilməsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər