İzzət Bağırovdan səmimi etiraf: "Bir gecədə məşhurlaşdım"
Baku TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı müğənni İzzət Bağırov olub.
Sənətçi səhnədəki İzzətlə tək qaldığı zamankı İzzətin fərqli olduğunu bildirib:
"Təbii ki, səhnədə rol oynamalıyam, çünki bu, işin bir parçasıdır. Səhnədir, orada qanım qara da olsa, əhvalım yaxşı da olsa, bu, tamaşaçılara təsir etməməlidir. Xüsusilə də toyda, əgər toy aparıramsa, bu, insanların şad günüdür, mənim öz problemlərim onlara təsir etməməlidir".
Müğənni bir gecədə necə məşhurlaşmağından danışıb: "1991-ci ildə "7-17" müsabiqəsi bir gecədə məni populyar etdi. Səhər durdum ki, bütün ölkə məni tanıyır. O dövrdə heç bir əyləncəli proqram və kanal yox idi, amma birdən-birə "7-17" müsabiqəsi ortaya çıxdı. Çox gözəl yarışma idi, çox səmimi idi, SMS-siz, xalqın seçimi ilə keçirilirdi".
İzzət Bağırov sosial media və onun musiqini necə ucuzlaşdırmasına da toxunub:
"Bu gün sosial şəbəkələr, xüsusilə, "YouTube", "Instagram", "TikTok" vəziyyəti elə bir yerə gətirib çatdırıb ki, artıq hər kəs əlçatandır. Məsələn, mətbəxdə qazanın qapağını qaldıranda da içindən müğənninin başı çıxır. Əvvəllər isə sənətçiləri ancaq konsertlərdə, efirdə görürdülər".
Oxşar xəbərlər
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İftar vaxtı - 17 mart 2026: Ramazanın 27-ci günü
-
Məzuniyyətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Əməkhaqqı belə hesablanır
-
İlber Ortaylı ilə vida mərasimi keçirilir
-
"Oskar" mükafatının qalibləri açıqlandı
-
İsraildə son 24 saat ərzində 142 nəfər xəstəxanaya yerləşdirilib
-
Aprelin beşində imtahan verəcək şagirdlərin NƏZƏRİNƏ - DİM AÇIQLAMA YAYDI













