Azərbaycan şahmatçısı: "Dünya çempionu olmaq şansım var, amma illər əvvəl olduğu qədər deyil"
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun dünya çempionu olmaq şansı var, amma illər əvvəl olduğu qədər deyil.
"Report"un məlumatına görə, bu barədə Şəhriyar Məmmədov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.
Təcrübəli qrossmeyster pandemiya vaxtı məşqçiliyə də başladığını xatırladıb:
"Peşəkar şahmatçı müəyyən zamana qədər özünə vaxt ayırmalıdır. 35-36 yaşına qədər ancaq özümlə məşğul olmuşam. Pandemiya zamanı yarışlar dayandı və məşqçiliyə başladım".
O, gənc şahmatçılara məşqçi olmağı məsləhət görməyib:
"Vaxt olduqca mütləq özləri şahmatla məşğul olmalıdır. Mənim işlədiyim şahmatçı böyük gələcək vəd edir. Dünyanın ən yaxşı şahmatçılarından biri olan Yağız Ərdoğmuşla işləmək çox xoşdur. Sizin fikirlə razıyam. Dünya çempionu olmaq istəyən şahmatçı məşqçilik etməli deyil. Bəzən gəncləri görürəm, məşqçilik edirlər, amma bu çox çətindir. Gəlin etiraf edək, ən gözəl vaxtlarım qarşıdadır desəm, yalan olar. Dünya çempionu olmaq şansım var, amma illər əvvəl olduğu qədər deyil".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İftar vaxtı - 17 mart 2026: Ramazanın 27-ci günü
-
Məzuniyyətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Əməkhaqqı belə hesablanır
-
İlber Ortaylı ilə vida mərasimi keçirilir
-
"Oskar" mükafatının qalibləri açıqlandı
-
İsraildə son 24 saat ərzində 142 nəfər xəstəxanaya yerləşdirilib
-
Aprelin beşində imtahan verəcək şagirdlərin NƏZƏRİNƏ - DİM AÇIQLAMA YAYDI













