Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib
Far.Az xəbər saytı

Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqlar klasterlərinin açılması üçün şərtləri yerinə yetirib


Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı qalan bütün danışıqlar klasterlərinin açılması üçün tələb olunan şərtləri yerinə yetirdiyini təsdiqləyib.

"Far.Az" xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasının hesabatını Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova təqdim edib. Hesabatda heç bir sahədə geriləmə qeydə alınmayıb.

Koretski bildirib ki, Avropa Komissiyası 10 istiqamət üzrə, xüsusən energetika, rəqəmsal sahə, maliyyə xidmətləri, vergitutma, təhsil, elm, kənd təsərrüfatı və gömrük sahələrində yaxşı və ya çox yaxşı irəliləyiş olduğunu qeyd edib.

O əlavə edib ki, ilk dəfə xarici siyasət, təhlükəsizlik və müdafiə sahəsi irəliləyişə görə ən yüksək qiyməti alıb. Həmçinin Ukraynanın antikorrupsiya institutlarının müstəqil və səmərəli fəaliyyəti, məhkəmə hakimiyyəti və ədliyyə sahələrində irəliləyiş vurğulanıb.

Baş nazirin sözlərinə görə, növbəti məqsəd 2027-ci ilin əvvəlində bençmarklar üzrə aralıq qiymətləndirmə (IBAR) əldə etməkdir. Bu məqsədlə Ukrayna və Aİ-nin birgə işçi qrupu yaradılıb.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər