"Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filminin premyerası olub
Nizami Kino Mərkəzində Azərbaycan Dövlət Neft Şirkəti və "AnewZ" televiziya kanalının birgə istehsalı olan "Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filminin premyerası keçirilib.
Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir.
Məlumata əsasən, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin yaradıcı heyəti ilə görüşüb və xatirə fotoları çəkdirilib. Premyerada çıxış edən "AnewZ" televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev sənədli filmin ideyasının SOCAR-ın muzey kolleksiyasında qorunan XX əsrin əvvəllərinə aid 103 tarixi açıqcadan yarandığını deyib. İcraçı direktor filmin təxminən bir əsr öncə Bakıda yaşanan neft bumundan, həmin dövrdə şəhərin dünyanın müxtəlif ölkələrindən insanları özünə cəlb etməsindən və neft sənayesinin inkişafı nəticəsində baş verən köklü dəyişikliklərdən bəhs etdiyini bildirib", - SOCAR-dan bildirilib.
Prezident İlham Əliyev tərəfindən cari ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunduğunu söyləyən Rüfət Həmzəyev qeyd edib ki, ekran əsərində 103 tarixi açıqca və 9 insan hekayəsi vasitəsilə neftin Bakının memarlığına, həmçinin mədəniyyətinə təsirləri, eyni zamanda şəhərin tarixində iz qoymuş insanların taleləri barədə günümüzə qədər gəlib çatmış məlumatlar tamaşaçılara təqdim edilir.
Sonra "Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filmi nümayiş etdirilib.
Qeyd edək ki, bir əsr öncə sürətlə dəyişən Bakı, neft buruqları, küçələr, liman, eləcə də şəhərdə yaşayan insanların şəxsi taleləri filmin əsas dramaturji xəttini formalaşdırır. Çəkilişləri təxminən 6 ay davam edən filmdə tarixi açıqcaların canlandırılması, arxiv fotolarına hərəkət verilməsi, o dövrün vizual atmosferinin bərpası və musiqi həllərinin bir hissəsi süni intellekt vasitəsilə həyata keçirilib.
Filmdə, həmçinin Bakı memarlığının formalaşmasında mühüm rol oynamış İosif Qoslavskinin nəslinin nümayəndəsi İrina Trofimova-Xomitskaya ilə eksklüziv müsahibə də yer alıb.
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır













