Naxçıvanda Dövlət Maliyyə Nəzarəti İdarəsinə rəis təyin edildi
Naxçıvan Muxtar Respublikası (MR) Maliyyə Nazirliyinin strukturuna daxil olan Dövlət Maliyyə Nəzarəti İdarəsinə yeni rəhbər təyin edilib.
Far.Az "Yurd.media"ya istinadən xəbər verir ki, MR-in maliyyə naziri Həsən İsmayılovun imzaladığı müvafiq əmrə əsasən, Məmmədnağı Asiman oğlu Əkbərov Əkbərov sözügedən idarənin rəisi vəzifəsinə gətirilib.
Bu gün nazirlikdə yeni rəis Məmmədnağı Əkbərovun kollektivə rəsmi təqdimat mərasimi baş tutub. Tədbir zamanı çıxış edən nazir Həsən İsmayılov idarənin işinin daha da təkmilləşdirilməsi, maliyyə nəzarəti mexanizmlərinin effektivliyinin artırılması və müasir dövrün çağırışlarına uyğunlaşdırılması ilə bağlı tapşırıqlarını verərək, Məmmədnağı Əkbərova gələcək fəaliyyətində uğurlar diləyib.
M.Əkbərov göstərilən yüksək etimada görə minnətdarlığını ifadə edib və ona həvalə olunan vəzifələri böyük məsuliyyətlə icra edəcəyini vurğulayıb.
Məmmədnağı Əkbərov 1990-cı il oktyabrın 28-də Şərur rayonunda anadan olub. O, ali təhsilini Naxçıvan Universitetində "İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisası üzrə bakalavr pilləsində, Naxçıvan Dövlət Universitetində isə "İqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə magistr pilləsində alıb.
Peşəkar əmək fəaliyyətinə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində başlayan Məmmədnağı Əkbərov sonrakı dövrlərdə MR-in İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. O, 2024-cü ildən etibarən Naxçıvan Şəhər Maliyyə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edirdi.
Qalereya
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xəyanətkar İranın iç üzü: Bakının yaxşılığına yamanlıqla cavab verənlərin məqsədi
-
Prezident: Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib
-
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub
-
Serbiyanın XİN başçısı Balkanların Avropada sabitliyin sütunlarından biri ola biləcəyini düşünür
-
BMT-nin rezident-əlaqələndiricisi Azərbaycana təşəkkür edib
-
İran Naxçıvana etdiyi hücumu kimin boynuna atır?













